Kreml: NATO-nun fəaliyyətini diqqətlə izləyirik
18.06.2020
Kreml NATO-nun fəaliyyətini diqqətlə müşahidə edir.
Bunu Rusiya prezidentinin Mətbuat katibi Dmitri Peskov deyib. O, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması tendensiyasının davam etdiyini bildirib:
"Biz NATO-nun etdiklərini diqqətlə müşahidə edirik. Əlbəttə, bizim üçün prioritet NATO-nun bütün fəaliyyətlərini səssiz monitorinq etməkdir”, – deyə o bildirib.