“Semaşko”nun bağlanması ilə bağlı - AÇIQLAMA
18.06.2020
"Kliniki Tibbi Mərkəz koronaviruslu xəstələrin müalicəsi ilə bağlı fəaliyyətini davam etdirəcək".
Bunu TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib.
O əlavə edib ki, KTM pandemiya dövründə bu istiqamətdə fəaliyyət göstərib, hal-hazırda isə digər şöbələr də bu prosesə cəlb edilib:
"Xəstəxanada müalicə alan digər xəstələr aidiyyəti üzrə digər xəstəxanalara köçürüləcək. Yeni müraciət edən xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər".