Böyük Britaniyada leysan ciddi problemlər yaradıb
17.06.2020
Böyük Britaniyada leysan yağışlar və sel həyatı iflic edib. Ölkənin bir sıra əyalətlərində yolları və mağazaları su basıb, avtomobillərin hərəkəti üçün maneələr yaranıb, həmçinin bir evi ildırım vurması nəticəsində yanğın baş verib.
Hidrometeorologiya Mərkəzi bəzi ərazilərdə daşqınların baş verəcəyi barədə xəbərdarlıq edib.