Kür çayında batan şəxslərin meyitləri tapılıb
17.06.2020
Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində batan şəxslərin - 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlunun və 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hər iki şəxsin meyiti nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən tapılaraq çaydan çıxarılıb. Cəsədlər aidiyyəti üzrə təhvil verilib.