03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Gürcüstanda seçkilərin vaxtı dəyişməyəcək

17.06.2020

Gürcüstanda bu ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan parlament seçkilərini heç bir təhlükə gözləmir. Seçkilər vaxtında, şəffaf və demokratik şəraitdə keçiriləcək.

Bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxaria ölkənin birinci kanalında (1tv.ge) çıxışı zamanı söyləyib.

Baş Nazirin sözlərinə görə, seçkilərin Konstitusiyada nəzərdə tutulmuş vaxtda – oktyabr ayında keçirilməsinə heç bir maneə yoxdur. Seçkiləri heç nə risk altına ala bilməz.

Qeyd edək ki, gürcü müxalifəti Gürcüstan hökumətinin koronavirus pandemiyasından istifadə edərək parlament seçkilərini təxirə salacağı barədə fikirlər irəli sürüb, beynəlxalq təşkilatlara müraciət göndəriblər.

Parlamentin sabiq sədri, hakim "Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının funksionerlərindən biri olan İrakli Kobaxidze müxalifətin fikirlərinə cavabında deyib ki, əgər koronavirusun ikinci dalğası baş versə, seçkilər təxirə salına bilər. Kobaxidzenin bu sözləri müxalifət düşərgəsində daha ciddi müzakirələrə səbəb olub.

Məsələyə münasibət bildirən Baş Nazir Giorgi Qaxariya deyib: "Seçkilər vaxtında keçiriləcək. Hökumət bu seçkiləri demokratik, azad, şəffaf və beynəlxalq standartların tələblərinə uyğun şəkildə keçirməkdə israrlıdır”.