Şanlıurfa vilayətində zəlzələ olub
17.06.2020
Türkiyənin Şanlıurfa vilayətinin Hilvan rayonunda 4,1 bal gücündə zəlzələ olub.
DM xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yerin 7,66 kilometr dərinliyində baş verən zəlzələ ətraf rayonlarda da hiss edilib.
Qeyd edək ki, Qandilli Rəsədxanası yeraltı təkanların 4,3 bal gücündə olduğunu açıqlayıb.