COVID-19-un müalicəsində effektli dərman hazırlanıb
16.06.2020
Britaniya alimlərinin apardığı tədqiqat nəticəsində kortikosteroid deksametazonun istifadəsinin COVID-19-un müalicəsində effektli təsiri müəyyən edilib.
Bu məqsədlə Böyük Britaniyanın 175 xəstəxanasında 11,5 min xəstənin iştirakı ilə araşdırma aparılıb.
TASS xəbər verir ki, "Deksametazon” infeksiya sonrası ağır tənəffüs ağırlaşmaları olan xəstələr arasında ölümü azaltmağa imkan yaradır.
Tədqiqatın aparıcı professoru Piter Horbinin sözlərinə görə, ucuz dərman olan "Deksametazon” COVİD-19 ağırlaşmalarında ölümü üçdə birə qədər azaldan ilk dərmandır.