21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Çarukyan HƏBS EDİLDİ

16.06.2020

Hər şey bizim Çiçəklənən Ermənistan Partiyasınn Siyasi Şurasının iclasını təşkil etməyindən sonra başladı.

Bunu Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyan parlamentdə çıxışı zamanı deyib. O, Paşinyan hakimiyyətinə zamanında xalqa görə dəstək verdiyini bildirib.

Bununla belə Çarukyan hazırkı hökumətin erməni xalqını yalanlarla idarə etdiyini deyib.

Partiya lideri xalqın onun yanında olduğunu bildirib:

"Bütün daxili qoşunları göndərmisiniz ki, regionlardan giriş məhdudlaşsın. Amma hakimiyyətə gələndə siz "müstəqillik”, "azadlıq”, "hakimiyyət xalqdır” deyirdiniz. Sizin səsiniz 88% idi, indi isə 7%-niz belə qalmayıb. Bölgələrə gedin, xalqla hər şeyi müzakirə edin. Hər şey məhv olub”.

Çarukyan Ermənistanda koronovirusla bağlı yaranan situasiyanın günahkarının hökumət olduğunu deyib:

"Deyirlər ki, Çarukyan beynəlxalq hadisələr barədə informasiyaya sahib deyil. Çarukyan tam olaraq hər şeyi dərk edir. Siz hər kəsi yoluxdurmusunuz, bu gün isə deyirsiniz ki, maska taxın. Belə şey ola bilməz. Mən susa bilərəm, rahat yaşaya bilərəm, amma mənim qəlbim sadəcə parçalanır. Hakimiyyət deyir ki, infeksiyanın əsas səbəbi maska taxmayan xalqdır. Hər şeyi məhz siz uğursuzluğa düçar etmişiniz. Sizin inqilabın sonu artıq çatıb”.

Çıxışından sonra binanı tərk edən Qagik Çarukyan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

MTX əməkdaşları Çarukyanın onların maşınında getməsini tələb etsələr də, sonradan tərəflər Çarukyanın öz avtomobilində getməsi barədə razılığa gələ biliblər.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Çiçəklənən Ermənistan Partiyasının bütün ofislərində axtarış aparıb, həmçinin Çarukyan istintaqa cəlb edilib. Ona qanunsuz fəaliyyəti nəticəsində dövlətə 62 milyon dollar ziyan vurduğu barədə ittiham elan edilib.

Hazırda parlamentdə Çarukyanın deputat toxunulmazlığının ləğvi ilə bağlı Baş prokurorun təqdimatı əsasında müzakirələr gedir.