NATO-dan açıqlama: Vəziyyət gərgindir
16.06.2020
Liviyada vəziyyət getdikcə gərginləşir.
Bunu NATO Baş katibi Yens Stoltenberq Alyansın Müdafiə nazirlərinin iclasından öncə keçirdiyi brifinqdə deyib.
Y.Stoltenberq qeyd edib ki, NATO Liviyada sülhün bərqərar olması üçün "Berlin bəyənnaməsi”ni və BMT nəznində aparılan bütün prosesləri dəstəkləyir:
"Mövzunun NATO Müdafiə nazirlərinin iclasında gündəmə gələcəyini düşünürəm. Ümumilikdə, təşkilat daxilində Liviyada baş verən son proseslər müzakirə edilib.
NATO eyni zamanda, Rusiyanın istər Suriya, istər Liviya olmaqla Şərqi Aralıq dənizində artan fəaliyyətindən də narahatdır. Vəziyyəti yaxından izləyirik”.