Yunanıstanın Türkiyə ilə bağlı 3 ssenarisi
16.06.2020
Yunanıstan Türkiyənin Ağ dənizindəki fəaliyyətinə cavab olaraq 3 ssenari hazırlayıb.
Bunu türkiyəli yazar Murad Akan qeyd edib.
O, sözügedən ssenarilərin bunlar olduğunu bildirib:
"1. Bölgəyə eyni sayda gəmi göndərəcək.
2. Dənizin altındakı kabellər kəsiləcək.
3. Ağ dənizində qazıntı işləri ilə bağlı qüllə qurulsa, xəbərdarlıq atəşi açılacaq”.
Murad Akan Yunanıstanın bütün bunlara cəsarət edə bilməyəcəyinə eyham vurub.
"Rəsmi Afina bunları etmək üçün əvvəlcə cəsarət dərmanı içməlidir”, - o bildirib.