İranda da zəlzələ qeydə alınıb
15.06.2020
İran İslam Respublikasında 5,1 bal gücündə zəlzələ olub.
Bu barədə ölkənin Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 22:35-də qeydə alınıb. Zəlzələnin episentri Fars əyalətində, Beyram yaşayış məntəqəsindən 17 kilometr məsafədə qeydə alınıb. Zəlzələ ocağı 16 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.