Çimərliyə getdilər, cəzalandırıldılar
14.06.2020
Qaradağ rayonu Səngəçal qəsəbəsində sərt karantin qaydalarını pozaraq çimərliyə gedən 8 nəfər müəyyən edilib.
Daxili İşlər Nazirliyindən bildiriblər ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıb və onlar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cəzalandırılıblar.