Koronavirus İranda bir gündə 107 can aldı
14.06.2020
İyunun 14-də İranda 2 min 472 nəfər koronavirusa yoluxub, 107 nəfər isə həyatını itirib.
Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari verib. Onun sözlərinə görə, bu günə kimi İranda 187 min 427 nəfər virusa yoluxub, 8 min 837 nəfər isə ölüb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 148 min 674 nəfər sağalaraq evə buraxılıb.
Mətbuat katibi nəzərə çatdırıb ki, hazırda intensiv terapiya şöbəsində müalicə alan 3 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır.