Kleopatranın məzarı tapılıb?
14.06.2020
Əfsanəvi Misir kraliçası Kleopatranın məzarının Misirin Nil çayının deltasındakı olduğu barədə yeni dəlillər irəli sürülüb.
Alimlərin bu iddiası iyunun 21-də "Science Channel” televiziyasında yayımlanacaq Kleopatra ilə bağlı filmdə təqdim ediləcək.
Arxeoloji ekspedisiyanın üzvü Ketlin Martinez filmin anonsunda Kleopatranın İsgəndəriyyə yaxınlığındakı qədim Əbu Sir şəhərinin ətrafında dəfn edildiyini deyib. Qeyd edib ki, arxeoloqlar bundan əvvəl Taposiris Maqna məbədində qazıntılar aparıblar. Onlar güman edirlər ki, tapıntılar sərdabanın məhz burada olduğuna işarət edir. Əbu Sir Kleopatranın hakimiyyəti dövründə ən məşhur sahilyanı şəhər olub.
Lakin Tanta Universitetinin yunan-Roma arxeologiyası üzrə professoru Səlva Hüseyn bildirib ki, beynəlxalq arxeoloji qrupun iddiaları əsaslı sübutlara söykənmir. Onun sözlərinə görə, sözügedən ərazidə olan sərdabalar da Kleopatranın hakimiyyəti dövrünə aid deyil.
Qədim Misirin sonuncu kraliçası olmuş Kleopatra Roma imperatoru Yuli Sezara ərə getdikdən sonra daha da məşhurlaşıb. O, Y.Sezarın sui-qəsd nəticəsində öldürülməsindən sonra hakimiyyət uğrunda Oktavian Avqust ilə mübarizə aparan Mark Antonini dəstəkləyib. Lakin e.ə. 31-ci ildə Aksi döyüşündə Kleopatranın və Mark Antoninin birləşmiş qüvvələri Oktavian Avqustun ordusu tərəfindən darmadağın edilib. Kleopatra Oktavianın əsgərlərinə əsir düşməmək üçün e.ə. 30-cu ildə Mark Antonidən bir neçə gün sonra intihar edib.