Dubayda iş prosesi tam bərpa edilib
14.06.2020
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş Naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun sərəncamı ilə bu gündən Dubayda ictimai sektorda iş prosesi tam bərpa edilib.
Bu addımdan öncə Əmirlikdə 14 mərhələdən ibarət karantin rejimimin yumşaldılması tədbirləri həyata keçirilib. Sərəncamda qeyd olunub ki, ictimai sektorda çalışanlar iş yerlərində yeni növ koronavirusa qarşı qoruyucu vasitələrdən – tibbi maska və əlcəklərdən istifadə etməli, ikimetrlik sosial məsafəyə riayət olunmalıdır.
Bununla yanaşı, Dubay hökuməti yeni növ koronavirusa yoluxma ehtimalı yüksək olan və evdə çalışacaq əhali kateqoriyasını müəyyənləşdirib. Bu siyahıya hamilə qadınlar, immunitet problemi olanlar, astma və şəkərli diabet xəstələri daxildir.