Türk ordusu Afrində bir neçə kəndi ələ keçirdi - VİDEO
22.01.2018
Azad Suriya Ordusunun qüvvələri Afrində PKK-PYD qruplaşmasının nəzarətində olan bölgəyə daxil olub.
Qabaqcadan razılaşdırılmış plana əsasən Türkiyə ordusu dərhal hücuma reaksiya verib.
Suriya ilə sərhəddə yerləşən Kilis bölgəsindən ASO-ya dəstək üçün terrorçu mövqelərinə artilleriya zərbələrinə başlanılıb.
Türkiyə ordusu və Azad Suriya Ordusu "Zeytun Budağı” əməliyyatının ilk 48 saatında 69 kəndə daxil olub. Bu barədə informasiyanı "Habertürk” qəzeti yayıb. Əməliyyatın planlanandan daha sürətli reallaşdırıldığını bildirilib:
"Afrinə daxil olan Raco, Şedia və Surki bölgələrində qarşıdurma şiddətlənib. PKK-nın nəzarətindəki 21 nöqtə istifadəsiz hala gəlib. Afrinə 9 istiqamətdə başladılan hücum nəticəsində PKK-nın nəzarətindəki 69 kəndə türk ordusu daxil olub. Bu kəndlərdən 11-i PKK-dan tamamən təmizlənib. Hücum nəticəsində PKK-YPG qüvvələri 7 kilometr geri çəkilib”. /DM/