Bakı rayonlara axın edir: Postlarda böyük tıxac - FOTO
13.06.2020
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə 14 iyun, saat 00:00-dan, 16 iyun, saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.
Sərt karantin rejimindən əvvəl rayonlara gediş-gəliş üçün quraşdırılmış postlarda tıxac yaranıb.
Bildirilir ki, icazəsi olmayan şəxslər postlardan geri qaytarılır.