Bakı Apellyasiya Məhkəməsinin hakimi VƏFAT ETDİ
13.06.2020
Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov dünyasını dəyişib.
Onun bu gün uzun sürən xəstəlikdən vəfat etdiyi bildirilir.
Qeyd edək ki, 1955-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olan Əflatun Qasımov 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Füquq fakültəsini bitirib. Bir müddət müxtəlif vəzifələrdə işlədikdən sonra 1993-cu ildə Xaçmaz Rayon Məhkəməsinə, 2000-ci ildə isə Sumqayıt Hərbi Məhkəməsinə hakim təyin edilib.
2007-2008-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim olub.
Allah rəhmət eləsin!