Hansı halda tullantıları atmağa icazə var? - VİDEO
12.06.2020
"Yalnız yaşadığı binanın blokuna yaxın ərazidə zibil qutuları olan şəxslər məişət tullantılarını atmaq üçün yaşayış yerini tərk edə bilər”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, zibil qutuları yaşayış yerindən 200-300 metr aralıdadırsa, bu halda vətəndaşın zibil atmaq üçün yaşayış yerini tərk etməsinə icazə verilmir:
"İcazə yalnız yaşayış yerinə yaxın məsafədə zibil qutuları varsa, keçərlidir. Müddət uzun deyil, iki gündür. Zibilləri evdə qapalı qabda saxlamaq olar. Bu haldan sui-istifadə etmək lazım deyil. Əks təqdirdə, həmin şəxslər məsuliyyətə cəlb ediləcəklər”.