Ronaldonun üç qol vurduğu oyun sülhlə bitdi
16.06.2018
Rusiyada keçirilən dünya çempionatında günün oyun baş tutub.
"Dövran Media" xəbər verir ki, son oyunda yaşıl meydana Portuqaliya və İspaniya milli komandaları çıxıb. Oyunun birinci hissəsində Kristiano Ronaldo hesabı açıb. İlk hissəsinin 25-ci dqiqəsində isə Dieqo Kosta hesabı bərabərləşdirib.
Oyunun birinci hissəsinin bitməsinə 1 dəqiqə qalmış Portuqaliya hesabı öz xeyrinə dəyişib. Ronaldo dünya çempionatında ikinci qolunu vurub.
Oyunun ikinci hissəsində Dieoqo Kosta özünün ikinci qolunu vuraraq hesabı bərabərləşdirib. Oyunun 58-ci dəqiqəsində isə Naço Portuqaliyanın qapısından üçüncü topu keçirib.
Amma bu da oyunda vurulan son qol olmayıb. Oyunun son dəqiqələrində Kristiano Ronaldo cərimə zərbəsindən vurduğu möhtəşəm qolla hesabı yenidən bərabərləşdirib. Oyun elə bu hesabla da yekunlaşıb