Seyidmələk Mehdizadə təqdim edir: Motivasiya və onun insan həyatında rolu
12.06.2020
Motivasiya nədir və niyə bu qədər önəmlidir?
Motivasiyasız insan həyatı necə bir forma alar?
Bu kimi suallar ətrafında motivasiya anlayışını aydınlaşdıraq. Motivasiya bizi məqsədyönlü şəkildə fəaliyyətə təhrik edərək, daxili və xarici resusrlarımızdan istifadəni şərtləndirir. Sanki motivasiya itələyici bir gücdür. Uğura nail olmaq üçün hər zaman belə bir gücə ehtiyac duyuruq. Belə olmasaydı biz heç nəyi reallaşdıra bilməzdik.
Motivasiya anadangəlmə ötürülmür, sonradan qazanılandır. Bunun üçün biz daimi olaraq motivasiyamızı qaldırmağa çalışmalıyıq. Bəs özümüzü necə motivasiyalandıra bilərik? Bunun üçün öncə nə istədiyinizi və yaxud hədəfinizi dəqiq bilməli və əmin olmalısınız ki, bunu həqiqətən də istəyirsiniz. Daha sonra özünüzü artıq hədəfinizə çatmış və ya istəyinizə nail olmuş kimi təsəvvür edərək də motivasiyanızı artıra bilərsiniz. Başlanğıc üçün qısa müddətə reallaşdıra biləcəyiniz hədəflər qoyun. İrəliləyən zamanlarda isə uzun müddət tələb edəcək hədəflərinizə doğru yönələ bilərsiniz. Eyni zamanda motivasiyaya aid kitab, məqalə və yaxud kinolar izləyə bilərsiniz. Bu sizin təkrar motivasiyanızın yüksəlməsinə səbəb olacaq. Çalışın ki, hədəfinizə çatmaq üçün doğru zaman, məkan və s. gözləməyin.
Elə bu gündən başlayın. Çünki, motivasiya uğurun motorunu aktivləşdirən elektrik enerjisidir. Bəs sizə öz hədəflərinizə çatmaqda nə mane olur? Özünüzü yetəri qədər motivasiyalandıra bilirsinizmi? Motivasiya haqqında daha nəyi aydınlaşdırmaq istəyərdiniz?
Seyidmələk Mehdizadə