Səudiyyə İran silahları ilə vurulub - BMT
12.06.2020
"Saudi Aramko” şirkətinin müəssisələrinə və Səudiyyə Ərəbistanının Abxa şəhərindəki hava limanına hücumlar İran mənşəli silahlarla gerçəkləşdirilib.
Bu məlumat BMT Baş katibi Antonio Quterreşin Təhlükəsizlik Şurası üçün hazırladığı hesabatda yer alıb.
Qeyd edək ki, 2019-cu ilin sentyabrında "Saudi Aramko”nun Abkaike və Hurayse müəssisələrinə hücum olub. Hücuma görə məsuliyyəti husilər üzərinə götürüb. Hücum nəticəsində krallığın sutkalıq neft hasilatı 5,7 milyon barrel azalıb.