“Maykrosoft” ABŞ polisinə YOX DEDİ
12.06.2020
ABŞ-ın "Maykrosoft” korporasiyası ölkə polisinə üz tanıma texnologiyasını satmaqdan imtina edib.
Bunu "Vaşinqton Post” qəzetinə müsahibəsində şirkətin prezidenti Bred Smit deyib.
O bildirib ki, ölkədə qanun işləmədiyi müddətdə şirkət bu texnologiyaları polisə verməyəcək.
Qeyd edək ki, bundan öncə oxşar addımı İBM və "Amazon” şirkəti atıb.