21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

11.06.2020


ABŞ Konqresində təmsil olunan 13 respublikaçı konqresmen İrana qarşı yeni sanksiyaların tətbiqi barədə sənəd hazırlayıb.

Bu barədə Fars agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Konqresin rəhbərliyinə təqdim olunan sənəd 111 səhifədən və 25 tövsiyədən ibarətdir. Təklif və tövsiyələrin nədən ibarət olması haqqında məlumat yoxdur. Lakin sənədin preambula hissəsində göstərilib ki, ABŞ-ın milli maraqlarına uyğun olaraq siyasi və iqtisadi sahələrdə İrana qarşı sanksiyaları daha da sərtləşdirmək lazımdır. Sənəd Konqresin müzakirəsinə çıxarılacaq.

İran Prezidenti Həsən Ruhani yeni iqtisadi layihələrin açılışı zamanı bəyan edib ki, sanksiyalar ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Lakin heç kim İran xalqının iradəsini sındıra bilməz. Prezident nəzərə çatdırıb ki, sanksiyalara baxmayaraq, İran iqtisadiyyatında inkişaf müşahidə edilir. Ölkə dünyada polad istehsalı üzrə 10-cu yerdən 8-ci yerə yüksəlib. İranda ildə 55 milyon ton polad istehsal edilir.