217 vətəndaşımız Azərbaycana gətirildi
11.06.2020
Bu gün Azərbaycan Hava Yolları QSC (AZAL) ABŞ-ın Nyu-York şəhərindən 217 ölkə vətəndaşını çarter reysi ilə Azərbaycana gətirib.
Bu barədə AZAL-dan məlumat verilib.
Məlumata görə, müəyyən edilmiş prosedura əsasən sözügedən reysin sərnişinləri karantinə yerləşdiriliblər.
Milli aviadaşıyıcı həmvətənlərimizin qaytarılması üzrə çarter reyslərini Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana əsasən yerinə yetirir.