Etirazçılar şəhəri ələ keçirdi: Trampdan SƏRT GÖSTƏRİŞ
11.06.2020
ABŞ-da Vaşinqton ştatının Sietl şəhərində keçirilən aksiyalar zamanı etirazçılar bələdiyyə və parlament binasına daxil olublar.
bundan sonra ölkə prezidenti Donald Tramp Tvitter hesabından Vaşinqton meri və Sietl bələdiyyə sədrinə sərt mesaj göndərib.
"Şəhəri dərhal geri alın. Ala bilməsəniz, mən alacam. Bu, oyun deyil. Anarxistlər təcili olaraq dayandırılmalıdır. Tez hərəkət edin! Radikal solçu Demokratlar tərəfindən idarə olunan Sietl daxili terrorçuların hakimiyyəti altına keçdi”, - Tramp bildirib.