Tarixin ən böyük şoku yaşanacaq - PROQNOZ
10.06.2020
Yeni tip koronavirus və Şimal yarımkürəsində qışın mülayim keçməsi səbəbi ilə təbii qaza olan tələbatın bu il 150 milyon kubmetr azalaraq, 3 trilyon 850 milyard kubmetr səviyyəsinə çatacağı gözlənilir.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin "Qaz 2020” adlı hesabatında bildirilib.
"Bu 4 faizlik azalma qlobal qaz tələbatı tarixində illik ən böyük azalma olacaq. Həmçinin, bu rəqəmin 2008-ci ildəki iqtisadi böhran zamanı qaz tələbatında yaranan azalmanın iki qatı olacağı təxmin edilir”, – hesabatda qeyd edilib.