Prezident Administrasiyası və FHN əməkdaşları koronaya yoluxdu
09.06.2020
Prezident Administrasiyasında 19, FHN-də isə 5 nəfərdə yoluxma halları aşkarlanıb.
Bunu TƏBİB-in İdarə Heyətinin Sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:
"Digər qurumlar barədə yaxın zamanlarda məlumat veriləcək. Təəsüflər olsun ki, təkcə sıravi vətəndaşlar deyil, dövlət strukturlarında da yoluxma halları baş verib".