Nazirliyin əməkdaşları koronavirusa yoluxdu - VİDEO
09.06.2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qobustan şöbəsinin 7 əməkdaşı koronavirusa yoluxub.
Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı Baku TV-yə məlumat verib.
O bildirib ki, şöbənin rəhbəri İrşad Həsənov və 6 əməkdaşında koronavirus (COVID-19) testinin nəticələri pozitiv çıxıb: "Onların vəziyyətləri stabildir, müalicələri davam etdirilir, səhhətlərində ağırlaşma yoxdur”.
Nazirlikdən bildirilib ki, həmin şöbədə COVID-19-a qarşı dezinfeksiya işləri həyata keçirilib.