Zelenski: “Koronavirusa yoluxmaq istəyirəm”
09.06.2020
Ukrayna Prezidenti Vladimir Zelenski könüllü olaraq koronavirusa yoluxmaq istəyib.
"Ukrainskaya Pravda” xəbər verir ki, o, infeksiyanın "vəba olmadığını” insanlara göstərmək üçün bu qərara gəlib.
Dövlət başçısı köməkçilərinə bildirib ki, xəstələnərək administrasiyada təcrid olunmağı, sağalandan sonra isə insanların rahatlaşmasını arzulayır:
"Əsas odur ki, depressiya ilə bağlı söz-söhbətlər yığışsın. Başlanğıcda dəhşətli məqamlar vardı, insanlar hamının öləcəyini düşünürdü”.
Lakin bu fikir bəyənilməyib. Zelenskinin sözlərinə görə, ailəsi həmin hərəkətə görə onu bağışlamaz.