Çindən Britaniyaya xəbərdarlıq: İşimizə qarışmayın!
09.06.2020
Londonun Honkonqun işlərinə müdaxilə etməyəcəyinə ümid edirik.
Bunu Çin Xarici İşlər naziri Van Yi britaniyalı həmkarı Dominik Raabla görüşü zamanı deyib.
"Honkonq istisnasız olaraq Çinin daxili siyasətinə aiddir. Xaricdən müdaxiləyə izn yoxdur”, – deyə o bildirib.
Van Yi Britaniyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olduğunu və Britaniyanın buna görə beynəlxalq normalara əməl etməsi gərəkdiyini söyləyib.