Pxenyan Seulla bütün qapıları bağladı
09.06.2020
Şimali Koreya hökuməti Cənubi Koreya ilə bütün əlaqə xətlərini bağlayıb.
Bu məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.
Pxenyan bu addımı Cənub Koreyanın Şimali Koreya ərazisində təbliğat xarakterli kağızlar paylamasından sonra atıb.
Əlaqələrin bu gün yerli vaxtla 12:00-dan dayandırıldığı vurğulanıb.