Görüntülərlə bağlı araşdırmalar aparılır... - DİN
09.06.2020
İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.
O, vətəndaşlara sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə yaşadıqları ünvanı tərk etməmək barədə DİN-in çağırışlarını anlayışla qarşıladıqlarına görə təşəkkürünü bildirirəm:
"Lakin təəssüflə onu da qeyd edim ki, ayrı-ayrı vətəndaşlar tərəfindən karantin rejiminin pozulması və digər qanunazidd hallara yol verilib”.
Sosial şəbəkələrdə bu cür qanun pozuntularına dair, həmçinin polislə də bağlı videolar haqda danışan E.Zahidov həmin görüntülərlə bağlı araşdırmalar aparıldığını qeyd edib:
"İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcəkdir”.
Facebook