İrana qarşı yeni sanksiya hazırlığı
09.06.2020
ABŞ-ın Respublikaçılar Partiyasından senator Qreq Styubi Rusiya, İran və Çinə qarşı bu həftə yeni sanksiyalar təklif etmək niyyətində olduğunu bildirib.
Styubi bunu "Foks Biznes” televiziyasına müsahibəsində söyləyib.
"Yeni sanksiya təklifləri əsasən, İrana qarşı silah embarqosunun vaxtının bitməsiylə bağlıdır. Bundan başqa ABŞ-ın Livana maliyyə yardımını dayandırmasını da təklif edəcəyik”, - senator bildirib.