Yunanıstan: Türkiyə ilə müharibə...
08.06.2020
Misir və İsrail Türkiyə ilə əməkdaşlıq pəncərəsini bağlamaq istəmir.
Bunu Yunanıstanın sabiq Müdafiə naziri Evangelos Apostolakis deyib.
O bildirib ki, Türkiyəyə qarşı ittifaqlar gücləndirilməlidir:
"Ancaq qonşu (Türkiyə) ilə gələcəkdəki əməkdaşlıq pəncərəsini bağlamaq istəməyən bir çox ölkə (Misir və İsrail) var. Türkiyə ilə müharibəyə başlasaq, tək qalacağıq. Baxmayaraq ki, Avropa Biriliyi (AB) və ABŞ ada böhranında Yunanıstana dəstək verib”.
Qeyd edək ki, Yunanıstan Müdafiə naziri Nikos Panayotopulos ümummili maraqlar naminə Türkiyə ilə savaşa hazır olduqları barədə açıqlama verib.