23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Çində neçə faiz sağalmaya nail olunub?

08.06.2020


Çində COVID-19 epidemiyası başladığı vaxtdan mayın sonunadək koronavirusa yoluxanların 78 min 307-si sağalıb, 4 min 634-ü həyatını itirib. Beləliklə, koronavirus xəstələrinin 94,3 faizi müalicə olub, 5,6 faizi isə ölüb.

Bu barədə məlumat Çinin Dövlət Şurasının infeksiya ilə mübarizə barədə dərc etdiyi "Ağ kitab”da yer alıb.

Bildirilir ki, mayın 31-dək koronavirus səbəbindən xəstəxanaya yerləşdirilən pasiyentlərin sayı 58 min nəfər təşkil edib. Onların müalicəsinə 1,36 milyard yuan (190,1 milyon dollar) xərclənib. Hər bir xəstənin müalicəsi orta hesabla 23 min yuana (3,24 min dollara) başa gəlib. Ağır keçən xəstəliklərdə bu məbləğ 150 min yuana (21,1 min dollar), bəzi hallarda isə hətta 1 milyon yuana (140,8 min dollar) qədər yüksəlib. Müalicə xərclərinin hamısını dövlət öz üzərinə götürüb.

Sənəddə, həmçinin koronavirusla mübarizə üçün Hubey əyalətinə və epidemiyanın episentri hesab olunan Uxan şəhərinə bir milyondan çox tibb işçisinin cəlb olunduğu bildirilir. Xəstəliklə mübarizə zamanı iki mindən çox tibb işçisi koronavirusa yoluxub, onlarla tibb işçisi isə həyatını itirib. Eyni zamanda, 8,8 milyon könüllü səhiyyə işçilərinə yardım edib.

Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Bu ilin mart ayında Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.