Həbslər davam edəcək - Millət vəkili
08.06.2020
Millət vəkili Siyavuş Novruzov icra başçılarının işlərinin araşdırıldığını bildirib.
S.Novruzov digər başçıların da arxayınlaşmamalı olduğunu diqqətə çatdırıb.
"Təbii ki, araşdırma gedir. Dəqiq məlumatlar harada varsa, onlarla bağlı ölçü götürüləcək. Heç kəs arxayınlaşmasın. Bu, uzun proses olacaq. Məmurlar rüşvətə, korrupsiyaya yuvarlanmamalı, xalqa ləyaqətlə xidmət etməlidirlər", - o deyib