Ərdoğandan Aya Sofya ilə bağlı göstəriş
08.06.2020
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya muzeyinin ibadət yeri kimi açılması haqda göstəriş verib.
Artıq məsələ ilə bağlı xüsusi heyət çalışmalara başlayıb.
Bildirilir ki, Ərdoğan Sultan Əhməd məscidindəki kimi bir ideya irəli sürüb. Yəni Aya Sofyanın həm turistlərin ziyarət edə biləcəyi, həm də ibadət yeri kimi fəaliyyət göstərməsi planlaşdırılır.
Qeyd edək ki, İstanbulun fəthinin ildönümü münasibətilə Aya Sofyada Quran ayələri oxunub. Bununla bağlı Yunanıstan Türkiyəyə mesaj göndərərək bildirib ki, 1935-ci ildən bəri muzey kimi fəaliyyət göstərən Aya Sofyada Quran ayələrinin oxunması xristianların dini hisslərinə təhqirdir.