Almaniya “Səhiyyə NATO-su” YARADIR
08.06.2020
Almaniya Səhiyyə naziri Yens Şpan koronavirus infeksiyasına bənzər böhranlar zamanı qarşılıqlı dəstək üçün Avropa alyansının yaradılmasını təklif edib.
Şpan yeni alyansın səhiyyə sahəsinin NATO-su olacağını deyib.
O, yeni alyansın sürətli və effektiv yardım göstərə bilməsi üçün vahid struktur yaratması gərəkdiyini bildirib.