21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

AXC haqda kitabın TƏQDİMATI + FOTO

15.06.2018

İyun ayının 14-də Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığıyla filologiya elmləri üzrə fəlsəfə doktoru Elçin İbrahimovun "Azərbaycan Xalq Cümhuriyyəti: Dil Məsələləri" kitabının təqdimatı keçirilib.
"Dövran Media" xəbər verir ki, əvvəlcə çıxış edən Bakı Yunus Əmrə İnstitutunun direktoru dosent Cihan Özdəmir kitab haqqında tədbir iştirakçılarına geniş məlumat verərək bildirib ki, AXC-nin 100 illiyi ilə bağlı rəhbərlik etdiyi İnstitut bir çox tədbirlər keçirib və bu tədbirlərin ilboyu keçirilməsi nəzərdə tutulub.
Daha sonra çıxış edən kitabın elmi redaktoru, akademik Kamal Abdullayev kitabın əhəmiyyətini qeyd edib:
"Azərbaycanda dil siyasətinin sistemli şəkildə yürüdülməsi, məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründən başladığını, sonralar bu siyasi təntənə Azərbaycan xalqının iradəsini əks etdirən Ulu Öndər Heydər Əliyevin dil siyasətində özünü göstərəcək və daha sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Azərbaycan dili və mədəniyyti ilə bağlı həyata keçirdiyi sistemli proyektlərin bir-birinin içindən doğan taleyüklü məsələlərin reallaşmasında özünü göstərib.
İndiyənə qədər Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı fikirlər, düşüncələr onun apardığı dil siyasəti ilə bağlı təhlillər bir növ ümumiləşdirilir və Cümhuriyyət dövründə özünü göstərən dil sitiusiyası bütöv şəkildə təqdim edilir. Cəmiyyət və onun dili, parlament və onun dili bunlar bir-birini tamam-lasalar da, faktiki olaraq bir-birindən fərqli, hətta bəzən qarşıdurma səviyyəsində fərqli məsələlərə, məqamlara gətirib çıxarır. Maraqldır ki, hətta Azərbaycanın milli ruhla yaşamış dövlət xadimləri, parlament sədrləri, hökümət baş-çıları özləri də öz nitqlərində bir-birindən fərqlənə bilirlər. Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin və başqalarının dilinin bir-birindən fərqlənməsi onların aldığı təhsillə yanaşı eyni zamanda mənsub olduqları ictimai-siyasi dairələrin dilə münasibət özəllikləri ilə bağlıdır”.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, professorlar Adil Babayev, Solmaz Rüstəmova-Tohidi, Hədəf şirkətlər qrupunun direktoru dosent Şəmil Sadiq, Nehrəm Xeyriyyə Cəmiyyəti İctiami Birliyinin sədri Vahid Bayramov kitab haqda fikirlərini bölüşüblər.
Təqdimatın sonunda kitabın imza mərasimi keçirilib.