Böyük Britaniyada etiraz aksiyaları keçirilib
07.06.2020
Böyük Britaniyada minlərlə insan irqçiliyə qarşı etiraz aksiyaları keçirib.
Etiraz aksiyaları London, Mançester, Kardiff, Leister və Şeffild şəhərlərində təşkil olunub.
Aksiya iştirakçıları əvvəlcə, diz çökərək afroamerikalı Corc Floydun xatirəsini yad ediblər.
Mitinq zamanı "Ədalət yoxdur, sülh yoxdur”, "Qara talelər əhəmiyyətlidir” kimi şüarlar səsləndirilib.
Dinc şəkildə davam edən aksiya, Baş Nazirin əyləşdiyi Dauninq küçəsində keçirilən zaman iğtişaşlar yaşanıb.
Hadisələr nəticəsində 14 nəfər həbs olunub, 10 zabit isə yaralanıb.