21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Xəzərdə dalğa hündürlüyü 3,2 metrə çatıb

05.06.2020


Milli Hidrometeorologiya Xidmətinin saat 20:00-а olan məlumatına əsasən Şəmkir, Tərtər, Zaqatala, Bərdə rayonlarına yağış yağıb.

Xidmətdən bildiriblər ki, Tərtər rayonunun Qarağacı kəndinə saat 16:05-16:10 radələrində diametri 1,2-1,5 millimetr olan, həmçinin Tovuz rayonunun Haçıqaya kəndinə saat 16:30, Gədəbəy rayonunun Xarxar, Samanlı və Zəhmət kəndlərinə isə saat 16:40 radələrində xırda dənəli dolu düşüb.

Şimal-qərb küləyi Naftalanda, Gəncədə 24, Tovuzda, Bakıda 23, Maştağada, Qum adasında 20, Sumqayıt, Binə, Çilov adası, Zabrat, Neft Daşlarında 17 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3,2 metrə çatıb.