Ölümündən əvvəl anasına selfi göndərdi - FOTO
05.06.2020
ABŞ sakini aviaqəzadan dəqiqələr əvvəl anasına dostları ilə birlikdə çəkdirdiyi selfini göndərib.
"Daily Star”ın məlumatına görə, şəkil ABŞ-ın Sent Luis şəhərində, aeroportda çəkilib.
Məlumata görə, 39 yaşlı Deniel Şedd universitetdən bəri dostluq etdiyi – 35 yaşlı Coşua Suirs, 39 yaşlı Deniel Şlosser və 39 yaşlı Con Kamilyeri ilə bir motorlu dördyerli təyyarə ilə səyahət etmək qərarına gəliblər.
Uçuşdan əvvəl Şedd anasına uçuşun xoşbəxti iştirakçıları ilə birlikdə fotosunu göndərib.
Ancaq təyyarə havaya qalxdıqdan beş dəqiqə sonra İllinoys ştatında Karlinvil şəhəri yaxınlığında qəzaya uğrayıb.
Qəzanın səbəbləri araşdırılır.