21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sabir Rüstəmxanlı su problemini gündəmə gətirdi

05.06.2020

Son günlər Neftçala rayonunda içməli suyun şorlaşması, rayon sakinlərinin həyatında yaranan problemlər ciddi narahatlıq yaradıb.

Bununla bağlı Neftçaladan millət vəkili seçilən Sabir Rüstəmxanlı problemi gündəmə gətirib:

"Kür çayının səviyyəsi son illərdə aşağı düşməkdə davam edir. Bu hal Kür sahili ərazilərdə daha aşkar hiss edilir. Suyun aşağı düşməsi daha kəskin şəkildə Kürün dənizlə birləşdiyi Neftçala rayonunda narahatçılıq yaradır. Kürün səviyyəsinin çox aşağı düşməsi, həm də suyun şorlaşmasına səbəb olur. Vəziyyət son həftədə daha kəskin hal alıb ki, artıq heyvanlar belə su içməkdən imtina edir".

Millət vəkili vəziyyətin daha pisləşdiyini bildirib:

"Neftçalanın Kür sahili kəndlərində, Mayak, Yenikənd, Bankə qəsəbəsi, Neftçala şəhərinin özü və bir çox kəndlərdə evlərə şor su gəldiyi üçün əhali su içməkdən imtina etməyə məcburdur. Səbəb mövsümlə əlaqədar olaraq Kürün suyunun azalmasında və suyun şorlaşmasına təkan verən kəskin xəzrilərin əsməsidir. Su azalır, xəzri dəniz suyunu Kürə qovur və bu vəziyyəti pis məcraya salır".

Qeyd edək ki, millət vəkili Sabir Rüstəmxanlının Milli Məclisdə qaldırdığı məsələ bir müddətdir mövcuddur. Artıq Kürdəki suyun şorlaşması Salyan ərazisinə qədər gedib çıxıb.