Türkiyədə ilk erməni muzeyi yaradıldı
05.06.2020
Türkiyədə ilk erməni muzeyi istifadəyə verilib.
"Musadağ” adlı muzey Hatay vilayətinin Samandağ rayonuna bağlı Vakıflı kəndində yaradılıb.
Vakıflı kəndinin Erməni Pravoslav Kilsəsinin rəhbəri Cem Çapar muzeydə təkcə erməni mədəniyyətindən deyil, eyni zamanda Anadoluda yaşayan bütün xalqların mədəniyyətindən izlərin olduğunu deyib.
Muzeydə yerli geyimlər, tarixi və zinət əşyaları sərgilənir, həmçinin, adət-ənənələrlə bağlı videogörüntülər yayımlanır.
Qeyd edək ki, Vakıflı kəndində ermənilər çoxluq təşkil edir.