21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

TƏBİB alış-veriş edənlərə müraciət etdi

05.06.2020

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusla əlaqəli həftəsonu qadağaları əsas gətirərək alış-veriş edənlərə bir daha müraciət edib.

Müraciətdə alış-veriş zamanı insanların özlərini qorumaq tövsiyə olunub:

Qeyd olunub ki, mümkün olduqca onlayn alış-verişə üstünlük verilməli, alış-verişə ailədən bir nəfər göndərməli, pik saatlarda mağazaya getməkdən çəkinməli və yaşayış yerinə yaxın mağazaya getmək lazımdır.

Eyni zamanda xəstə olan şəxsin mağazaya getməməsi, mağaza daxilində asqırarkən və ya öskürərkən ağız və burnu salfetlə örtmək və ya dirsək bükümündən istifadə etmək bildirilib. Maska taxmaq və heç bir halda çıxarmamaq, əllə üzə toxunmamaq, digərləri ilə fiziki məsafə saxlamaq, ödəniş edilən kartı dezinfektantla təmizləmək, ödənişdən sonra spirt tərkibli dezinfektantla əlləri təmizləmək və evə qayıtdıqda əlləri mütləq su və sabunla yumaq məsləhət görülüb.