Təyyarə və helikopterlərimiz HAVAYA QALXDI
15.06.2018
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradının növbəti məşqləri keçirilib.
"Dövran Media" xəbər verir ki, hərbi təyyarə və helikopterləri Azərbaycan ordusunun yaradılmasının 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərə hazırlıq çərçivəsində Bakı şəhəri üzərində növbəti uçuşlar keçiriblər.
Hərbi helikopterlər Azərbaycan bayrağı və üzərində ümummilli lider Heydər Əliyevin portreti olan bayraq daşıyıblar.