10 04 2025-cu il Bakı 10 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Şeyx: "Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı var"

15.06.2018

"Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı mövcuddur. Məzhəblər arasında heç bir ayrı-seçkilik yoxdur".
"Dövran Media" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.
O bildirib ki, bunun əsas səbəbi Azərbaycandakı din-dövlət münasibətləridir: "Buna görə dövlətimizə, dövlətimizin rəhbərlinə minnətdarıq".
QMİ sədri Azərbaycanda sünnilərlə şiələrin 30 ilə yaxındır birlikdə vəhdət namazı qıldığını da bildirib.
"Azərbaycanda şiələrlə sünnilər həmişə mehriban olublar, birlikdə namaz qılıblar. Mənimlə müfti Hacı Salman Musayevin birlikdə namaz qılmağımız da bunun daha bir sübutudur", - deyə o qeyd edib.