Türkiyədən 40 ölkəyə aviareyslər bərpa olunur
04.06.2020
Türkiyədə postpandemiya dövrü üçün nəzərdə tutulan addımlar mərhələli şəkildə həyata keçirilir. Bu tədbirlərdən biri də beynəlxalq aviareyslərin bərpasıdır. Bu məqsədlə artıq 92 ölkə ilə danışıqlar aparılır.
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu deyib.
O bildirib ki, iyun ayından etibarən mərhələli şəkildə 40 ölkəyə aviareyslərin keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar artıq 15 ölkə ilə razılıq əldə olunub. İlk beynəlxalq aviareyslər iyunun 10-da Şimali Kipr Türk Cümhuriyyəti, Bəhreyn, Bolqarıstan, Qətər və Yunanıstana olacaq.
Nazir xarici ölkələrdən Türkiyəyə gələcək vətəndaşların hava limanlarında müayinədən keçirildikdən sonra 14 gün evlərində karantində qalacaqlarını bildirib.