Lukaşenko yeni baş nazir təyin etdi
04.06.2020
Belarus Prezidenti Aleksandr Lukaşenko Roman Qolovçenkonu yeni baş nazir təyin edib.
Bu barədə "Belta” agentliyi məlumat yayıb.
Roman Qolovçenko buna qədər Belarus Dövlət Hərbi-Sənaye Komitəsinə rəhbərlik edirdi.
Qeyd edək ki, dünən Aleksandr Lukaşenko hökumətin buraxılması ilə bağlı sərəncam imzalamışdı.